İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər?
İstehlakçıya elektrik enerjisinin verilməsi enerji təchizatı müəssisəsi tərəfindən aşağıdakı hallarda dayandırıla bilər:
Fhnews.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
məhkəmənin qərarı ilə;
dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
Sabah Yasamalın bəzi ərazilərində qaz...
İntizam pozuntularına görə 4 vəkilə...
Təqsirləndirilən şəxs: Qarabağa səfər...
Madat Babayan: Silahlar Xankəndidən və...
Arkadi Qukasyandan qondarma rejimlə...