14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

FHN metronun “Əhmədli” stansiyasında təlim keçirəcək

28-03-2024

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Əhmədli” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 29 mart 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.
Paylaş: