FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən “dəyirmi masa” keçirilib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Altıağac Milli Parkında “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarının təbliğ olunması” mövzusunda “dəyirmi masa” keçirib.
Tədbirdə FHN-in müvafiq yerli qurumlarının, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin və Altıağac Milli Parkının əməkdaşları iştirak ediblər.
Tədbir zamanı meşə və meşəətrafı ərazilərdə, taxıl sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub, yanğına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və əhalinin yanğın təhlükəsizliyi üzrə maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Həmçinin, yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, maarifləndirici videoçarxlar nümayiş etdirilib, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarını təbliğ edən yaddaş kitabçaları tədbir iştirakçılarına paylanılıb, suallar cavablandırılıb.
Sabah Yasamalın bəzi ərazilərində qaz...
İntizam pozuntularına görə 4 vəkilə...
Təqsirləndirilən şəxs: Qarabağa səfər...
Madat Babayan: Silahlar Xankəndidən və...
Arkadi Qukasyandan qondarma rejimlə...