FHN-in Gəncə Regional Mərkəzi Samux rayonunda “dəyirmi masa” keçirib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonunda “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.
Toplantıda Nazirliyin aidiyyəti yerli qurumlarının, Samux Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.
Tədbirdə digər çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra təkliflər veriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.
Sabah Yasamalın bəzi ərazilərində qaz...
İntizam pozuntularına görə 4 vəkilə...
Təqsirləndirilən şəxs: Qarabağa səfər...
Madat Babayan: Silahlar Xankəndidən və...
Arkadi Qukasyandan qondarma rejimlə...