FHN-in Akademiyasına 121 nömrəli məktəbin şagirdləri üçün ekskursiya təşkil olunub
Xəzər rayonunda yerləşən 121 nömrəli tam orta məktəbin şagirdləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti ilə tanış olublar.
Tədbirin keçirilməsində məqsəd şagirdləri FHN-in fəaliyyəti ilə yaxından tanış etmək, məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasına köməklik etmək olub.
Əvvəlcə, şagirdlər Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.
Şagirdlər Akademiyanın 15 illik fəaliyyətini əks etdirən muzey, fənn kabinetləri, laboratoriyalar, kitabxana, xilasetmə və yanğınsöndürmə texnikası və avadanlıqları ilə də tanış olublar. Həmçinin, uşaqlarla fövqəladə hallarla bağlı davranış qaydaları haqqında maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Sabah Yasamalın bəzi ərazilərində qaz...
İntizam pozuntularına görə 4 vəkilə...
Təqsirləndirilən şəxs: Qarabağa səfər...
Madat Babayan: Silahlar Xankəndidən və...
Arkadi Qukasyandan qondarma rejimlə...