Cari ilin birinci rübündə elektron satınalmalarda iştirak edən orta iştirakçı sayı açıqlanıb
Cari ilin birinci rübündə elektron satınalmalarda orta iştirakçı sayı 6,40 təşkil edib.
Fhnews.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli məlumat verib.
O qeyd edib ki, ötən ilin müvafiq dövründə bu göstərici 4,10-a bərabər olub: “Dövlət satınalmaları sahəsində aşkarlığın təmin olunması bərabər rəqabət mühiti imkanlarının genişləndirilməsinə şərait yaradır. Dövlət satınalmalarında bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq sahənin rəqəmsallaşdırılması, rəqabətli və şəffaf satınalma prosesinin təşkilinin nəticəsidir”.
Sərnişin daşımaları həyata keçirənlərə...
Təmiz Enerji Mərkəzi vasitəsilə həyata...
AİB ilə istilik təchizatı sektorunun...
Bu il kommersiya qurumlarının sayı 8...
“AzərEnerji” “Masdar” şirkəti ilə...