ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 8-dən 14-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
Fhnews.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 5 mina və 725 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 476.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Sabah Yasamalın bəzi ərazilərində qaz...
İntizam pozuntularına görə 4 vəkilə...
Təqsirləndirilən şəxs: Qarabağa səfər...
Madat Babayan: Silahlar Xankəndidən və...
Arkadi Qukasyandan qondarma rejimlə...