AMADA-nın sifarişi ilə ötən il ölkədən kənarda 22 idmançıdan test götürülüb
2024-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda 22 idmançımızdan test nümunəsi götürülüb.
Fhnews.az xəbər verir ki, AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, Rusiyada 11, Almaniyada 5, Fransada 2, Belçika, İtaliya, Malayziya və Serbiyada isə 1 idmançı antidopinq testindən keçib.
Testetmə AMADA-nın Rusiya Antidopinq Agentliyi (RUSADA) və PWC şirkəti ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.
Ötən il AMADA 98 beynəlxalq sifariş əsasında test həyata keçirib. Belə ki, bunlardan 85-i Dünya Güləş Birliyi, 10-u Beynəlxalq Cüdo Federasiyası, 2-si Beynəlxalq Boks Assosiasiyası və 1-i isə Beynəlxalq Müasir Beşnövçülük İttifaqının sifarişi ilə reallaşıb.
Avropa çempionatı: Azərbaycanın bir...
Azərbaycanın iki boksçusu Macarıstandakı...
Azərbaycan və Latviya arasında basketbol...
Azərbaycanın yunan-Roma güləşçisi Avropa...
Avropa çempionatı: Azərbaycanın daha bir...