ABŞ-da növbəti təyyarə qəzası baş verib
ABŞ-ın Filadefiya şəhərində kiçik təyyarə qəzaya uğrayıb.
Fhnews.az xəbər verir ki, hadisə Filadelfiyanın şimal-şərqindəki “Ruzvelt” alış-veriş mərkəzi yaxınlığında baş verib.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb.
Qəza ərazisində böyük yanğın baş verib, evlərə və avtomobillərə ziyan dəyib. Təyyarədə altı nəfərin olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
Misirdə sərnişin qatarı ilə mikroavtobus...
Qırğızıstan və Tacikistan arasında...
Qara dəniz qazı Türkiyənin tələbatının...
Alimlər: İspaniyada tapılan 1 milyondan...
BMT: Yoxsul ölkələrdə 100 milyona yaxın...