26 noyabr 2024, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Yarasaların qeyri-adi uyğunlaşması

26-11-2024
IMG

Səs-səda sistemi ilə işləyən radarları sayəsində gündüz olduğu kimi qaranlıq gecədə də heç bir şeyə dəymədən asanlıqla uçan yarasalar üzərində aparılan yeni araşdırma canlı növlərinin üstün qabiliyyətlərini ortaya çıxarıb. Johns Hopkins tədqiqatçıları sübut etdilər ki, yarasalar ekolokasiya itkisinə baxmayaraq, ətraf mühitə tez uyğunlaşa bilirlər.

Yeni bir araşdırma, exolocation (biosonar) üsulu ilə eşitmə "xəritəsi" yaradaraq yol tapan yarasaların eşitmə qabiliyyəti zəif olduqda belə ətraf mühitə tez uyğunlaşdıqlarını ortaya çıxarıb.

Təbiətdəki bütün heyvanlar duyğu məhrumiyyətinin öhdəsindən gəlmək üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn, itlər zəif səsi daha yaxşı eşitmək üçün başlarını səs gələn tərəfə əyir, pişiklər isə ətraflarını daha yaxşı qavramaq üçün qulaqlarını müxtəlif istiqamətlərə hərəkət etdirirlər.

Johns Hopkins Universiteti tərəfindən aparılan araşdırmada eşitmə duyğusundan istifadə edərək yeri və istiqaməti təyin edən yarasaların bu kritik duyğudan məhrum olduqları zaman ətraf mühitə necə uyğunlaşdıqları araşdırılıb.

Ekolokasiyanın köməyi ilə yarasaları bir platformadan digərinə uçmağa öyrədən tədqiqatçılar eyni yarasaların beyinlərindəki mühüm eşitmə sahəsini dərman vasitəsi ilə müvəqqəti olaraq sıradan çıxararaq təcrübəni təkrarlayıblar.

Təcrübə nəticəsində eşitmə itkisi olan yarasaların ilk cəhddə kursu çox tez və uğurla başa vurduqları müşahidə edilib. Bildirilib ki, hər bir yarasa uçuş zamanı maneələrlə qarşılaşsa və ya kifayət qədər çevik olmasa belə, səhvlərini dərhal və effektiv şəkildə kompensasiya edir.

Tədqiqat çərçivəsində yarasaların naviqasiya üçün istifadə etdikləri əks-sədaları gücləndirmək üçün divarlara daha aşağı və ya yaxın uçmaq, səs dalğalarının sayını və müddətini artırmaq kimi üsullardan istifadə edərək ətraf mühitə sürətlə uyğunlaşdıqları müəyyən edilib.

Tədqiqatın müəlliflərindən biri olan nevroloq Sintia Moss yarasaların digər məməlilərdən və insanlardan fərqinin onların bu uyğunlaşma qabiliyyətini inanılmaz sürətlə və demək olar ki, avtomatik aktivləşdirməsində olduğunu bildirib.

Paylaş: