Hollandiya hökumətindən pişiklərlə bağlı yeni qərar
Hollandiya hökuməti genetik manipulyasiya nəticəsində sağlamlıq problemləri olan iki pişik cinsi üçün qərar verib. Yeni qərarla Scottish Fold və tüksüz Sphynx pişiklərinə sahib olmaq qadağan edilib. Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Scottish Fold pişikləri xarakterik qırıq qulaqlarına görə oynaq və qığırdaq problemləri ilə üzləşirlər. Sfenks pişikləri isə tüksüz quruluşlarına görə dəri problemləri və həssaslıq problemləri yaşayırlar.
Bu vəziyyətin pişiklərin həyat keyfiyyətini aşağı saldığına diqqət çəkən səlahiyyətlilər tənzimləmənin heyvanların rifahını qorumağı hədəflədiyini ifadə edib.
Bu pişiklərin yarışmalar və şoularda iştirakına da qadağa qoyulacaq.
Hollandiya hökumətindən pişiklərlə bağlı...
“Guardian”: "Kiçik Ay" 2055-ci ilə qədər...
Fransanın son kraliçası üçün hazırlanmış...
Alimlər yeməli yosunlarda dərinin...
Şərqi Aralıq dənizində dəniz otu...