26 noyabr 2024, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Bu il AKİA tərəfindən 63,4 milyon manat güzəştli kredit verilib

26-11-2024
IMG

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən kənd təsərrüfatı fəaliyyətinin güzəştli şərtlərlə kreditləşdirilməsi davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində AKİA tərəfindən aqrar sektorda fəaliyyət göstərən 3360 fiziki və hüquqi şəxsə 63,4 milyon manat məbləğində güzəştli kredit verilib.

On ay ərzində güzəştli şərtlərlə verilmiş kreditin 48,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1 milyon manatı güzəştli kreditlər, 14,1 milyon manatı isə mikrokreditlərdir.

AKİA, həmçinin kənd təsərrüfatı texnikası və avadanlıqlarının, eyni zamanda, damazlıq heyvanların alınması fermerlərə güzəşt vəsaiti ayırır.

Bu ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5208 baş damazlıq heyvanın (4410 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 15,2 milyon manat, habelə güzəşt vəsaiti ayrılıb.

Paylaş: