"Bert" qasırğası Fransanı da cənginə aldı
İngiltərə və İrlandiyadan sonra Fransanı da əhatə edən “Bert” qasırğası səbəbindən ölkənin 9 vilayətində narıncı həyəcan elan edilib.
Fransa Meteorologiya İdarəsi “Metro-France” sürəti saatda 120 kilometri keçən qasırğasının Allier, Saone-et-Luara, Jura, Puy-de-Dome, Loire, Rhone, Ain, Haute-Loire və Iseredə ciddi problemlər yaradacağı ilə bağlı xəbərdarlıq edib.
Auvergne Rhone-Alpes bölgəsində qatarların hərəkətində fasilələr yaranıb.
Xatırladaq ki, həftə sonu İngiltərə və İrlandiyada “Bert” səbəbindən daşqınlar, elektrik enerjisinin kəsilməsi və nəqliyyatda fasilələr olub.
İngiltərənin müxtəlif yerlərində yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, Şimali İrlandiyada isə bir çox evi su basıb.
Samsunda güclü külək 650 illik...
Malatyada 4,6 bal gücündə zəlzələ baş...
Qırmızı dənizdə turist gəmisi batıb...
Almaniyada erkən seçki: Scholz yenidən...
Papa Notr- Dam kilsəsinin açılışında...