26 noyabr 2024, çərşənbə axşamı Bakı, 10°C
IMG-LOGO

Malatyada 4,6 bal gücündə zəlzələ baş verib

25-11-2024
IMG

Malatyanın Doğanşehir rayonunda 4,6 bal gücündə zəlzələ olub.

AFAD xəbər verir ki, episentri Malatyanın Doğanşehir rayonu olan zəlzələ yerli vaxtla saat 20.20-də qeydə alınıb. Zəlzələnin 9,75 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada ətraf vilayətlərdə hiss edilən zəlzələdən sonra AFAD və aidiyyatı qurumların bütün heyətinin dərhal çöl taramasına başladığını bildirib.

İlkin təsbitlərə görə heç bir neqativ hal olmadığını deyən Yerlikaya "Alınan hesabatlar dəyərləndirilir. Zəlzələdən zərər çəkən vətəndaşlarımızın tezliklə sağalmasını arzu edirəm. Allah ölkəmizi, millətimizi fəlakətlərdən qorusun"-deyə paylaşım edib.

Paylaş: