Çində soyuq dalğa və qar fırtınası ilə əlaqədar "sarı xəbərdarlıq" elan edilib
Çin Milli Meteorologiya Mərkəzinin verdiyi açıqlamada, ölkənin şimal və mərkəzi bölgələrinin əksəriyyətində havanın temperaturunun yaxın 4 gündə 6-10 dərəcə aşağı düşəcəyi bildirilib.
Açıqlamada bu gün və sabah Daxili Monqolustan Muxtar Bölgəsində və ölkənin şimal-şərqindəki Heylongciang, Cilin və Liaoniq əyalətlərində qar fırtınası gözlənildiyi, pis hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edildiyi bildirilib.Sürücü və piyadalardan qarlı hava şəraitində daha diqqətli olmaları tövsiyə edilib, yerli hakimiyyət orqanları isə avtomobil yolları, dəmir yolları, elektrik verilişi və kommunikasiya xətləri ilə bağlı lazımi tədbirlər görməyə çağırılıb.
Çinin 4 mərhələli soyuq hava xəbərdarlığı sistemində "sarı" üçüncü xəbərdarlıq səviyyəsini təmsil edir. Təcililik sırasına görə, "qırmızı" ən yüksək səviyyə hesab olunur, sonra "narıncı", "sarı" və "mavi" gəlir.
Samsunda güclü külək 650 illik...
Malatyada 4,6 bal gücündə zəlzələ baş...
Qırmızı dənizdə turist gəmisi batıb...
Almaniyada erkən seçki: Scholz yenidən...
Papa Notr- Dam kilsəsinin açılışında...