Antalya hava limanına enərkən Rusiyaya məxsus təyyarədə yanğın baş verib
Rusiyanın “Azimut” şirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsi Türkiyənin Antalya hava limanına enərkən yanğın baş verib.
Fhnews.az xəbər verir ki, Soçidən Antalyaya uçan təyyarənin göyərtəsində 80 sərnişin və 6 heyət üzvü olub, onların hamısı təxliyə edilib.
İlkin məlumata görə, təyyarə havada olarkən mühərrikində yanğın başlayıb, sonradan alov genişlənib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Qəza nəticəsində xəsarət alan yoxdur.
Konqo Demokratik Respublikasında 26...
İndoneziyada Dukono vulkanı püskürməyə...
Antalya hava limanına enərkən Rusiyaya...
Böyük Britaniyada “Bert” fırtınası hökm...
“Bert” fırtınası İngiltərədə həyatı...