Bakıda və bölgələrdə leysan xarakterli yağış yağacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq arabir leysan xarakterli yağış yağacağı, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı və yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Sabah Xətainin bəzi ərazilərində qaz...
Azərbaycan və Rusiya Fövqəladə Hallar...
“Air Arabia" aviaşirkətinə məxsus...
Küləkli hava şəraiti ilə bağlı sarı...
Türkiyəli ekspert: COP29 iqlim böhranı...