Samsunda güclü külək 650 illik monumental ağacı aşırıb
Samsunun Çay Məhəlləsi Yaşam kücəsində 1991-ci ildə Trabzon Mədəni İrsi Qoruma İdarəsi tərəfindən monumental ağac kimi qeydə alınan 650 yaşlı çinar əlverişsiz hava şəraiti və güclü külək nəticəsində yıxılıb.
Səhər saatlarında ağacın aşdığını görənlərin aidiyyatı qurumlara məlumat verməsindən sonra abidənin ətrafına təhlükəsizlik kordonu çəkilib.Samsun Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Müdirliyindən verilən açıqlamada, qrupların aşan ağac üzərində apardığı araşdırmalar nəticəsində ağacın kökünün tamamilə ayrıldığı məlum olub. Ağacın qeydiyyatdan çıxarılması Samsun Təbii İrsi Qoruma Regional Komissiyası tərəfindən həyata keçiriləcək.
Samsunda güclü külək 650 illik...
Malatyada 4,6 bal gücündə zəlzələ baş...
Qırmızı dənizdə turist gəmisi batıb...
Almaniyada erkən seçki: Scholz yenidən...
Papa Notr- Dam kilsəsinin açılışında...