Şiddətli fırtınalar Şimali Kipr Türk Respublikasında həyata mənfi təsir göstərib
Bazar günü səhər saatlarından Şimali Kipr Türk Respublikasında başlayan şiddətli fırtına bütün ölkədə həyata mənfi təsir edib.
Paytaxt Lefkoşa başda olmaqla ölkənin bütün şəhərlərini təsir altına alan güclü külək nəticəsində ağaclar aşıb, damlar və lövhələr uçub, bəzi bölgələrdə zədələnmiş dirəklər və naqillər qırıldığı üçün elektrik enerjisində fasilələr yaranıb.
Teknecik Transformator Mərkəzində fırtına ilə əlaqədar yaranan nasazlıq səbəbilə səhər saatlarından etibarən Girnedə bir çox bölgəyə elektrik verilməyib.Gözəlyurt və İskele şəhərlərində fırtına səbəbindən bəzi əkinçilik sahələri, xüsusilə istixanalar zərər görüb.
Ölkənin Meteorologiya İdarəsi şiddətli fırtınanın bazar ertəsi səhər saatlarından başlayacağı barədə əvvəlcədən xəbərdarlıq edib.
ŞKTR-nın Kənd Təsərrüfatı və Təbii Sərvətlər Nazirliyindən edilən yazılı açıqlamada, ölkə daxilində baş verən əlverişsiz hava şəraiti səbəbindən bütün kənd təsərrüfatı istehsalı sektorlarında, xüsusilə istixana, sığınacaq və balıqçılarda ciddi ziyanın olduğu vurğulanıb. Mənfi hava şəraitinin bir müddət daha davam edəcəyi ifadə edilib.
Ölkə prezidenti Ersin Tatar güclü küləyin vurduğu ziyandan zərər çəkən vətəndaşlara tezliklə şəfa diləyib.
Samsunda güclü külək 650 illik...
Malatyada 4,6 bal gücündə zəlzələ baş...
Qırmızı dənizdə turist gəmisi batıb...
Almaniyada erkən seçki: Scholz yenidən...
Papa Notr- Dam kilsəsinin açılışında...