26 noyabr 2024, çərşənbə axşamı Bakı, 10°C
IMG-LOGO

İqlim dəyişikliyi payız və qış aylarında yanğın ehtimalını artırır

25-11-2024
IMG

Noyabrın ilk həftəsindən ABŞ-nın şimal-şərqində bir çox bölgədə başlayan yanğınlar bəzən yaşayış məntəqələrini təhlükə altına alacaq səviyyəyə çatıb.

Noyabrın 12-də ABŞ Quraqlıq Monitorinq Sistemi tərəfindən dərc edilən hesabata görə, ölkənin əksər hissəsində həm quraqlıq, həm də həddindən artıq yağış təsirli olub. Merilend, Pensilvaniyanın şərqi və Nyu-Cersi ştatlarının bəzi hissələri noyabrın 10-da yüngül yağışlar başlamazdan öncə 5-6 həftə ərzində yağıntısız günlərin rekord sayını qeyd edib. Yüngül yağıntılar regionda quraqlıq şəraitini yaxşılaşdırmayıb və son vaxtlar qeyri-adi dərəcədə yüksək yanğın təhlükəsi və çoxlu sayda kol-kos yanğını baş verib. Şiddətli quraqlıq şəraiti Nyu Yorkda meşəlik ərazilərdə də yanğınlara səbəb olub.

İqlim mütəxəssislərinin fikrincə, iqlim böhranı ilə bağlı dəyişən şərtlər yanğın şəraitini əlverişli edir və bir ərazidə alovlanmanı asanlaşdırır. Yanğın başlayandan sonra hava şəraiti imkan vermədikcə alovların sönməz hala gələ biləcəyini ifadə edən alimlər temperaturun artması, istilik dalğalarının tezliyinin və şiddətinin artması, yağıntıların azalması kimi faktorların olduğunu bildirir və  havada karbon qazının miqdarının artması, eləcə də ildırımların sayının meşə yanğınlarının baş verməsi üçün zəruri şərtlər olduğunu deyirlər. 

Meşə yanğınlarının ekoloji bir sistem daxilində meydana gəldiyini və buna görə də ekosistemi təşkil edən komponentlərin və qarşılıqlı təsirlərin meşə yanğınlarının başlanmasında və inkişafında təsirli olduğunu ifadə edən alimlər oksigen, yanan materiallar və uyğun temperaturun olduğu mühitlərin lazımi şəraiti təmin etdiyinə diqqət çəkiblər. 

Hesabatda vurğulanır ki, uzun günlər davam edən quru və yağmursuz hava şəraiti yanar materialın rütubətini azaldır ki, bu da alov aldıqdan sonra quru küləklərin təsiri ilə yanğınların artmasına səbəb olur. Beləcə, yanğın hətta payızda da həftələrlə geniş ərazilərdə davam edir. Bu, yanğın rejimlərinin dəyişməsinə işarə edir. Yanğınların yay aylarından başqa digər mövsümlərdə  və həftələrlə davam etməsi temperaturun artması, quraqlıq və quru küləkli günlərin sayı ilə əlaqədardır.Bu səbəbdən də yanğınlar meqa yanğınlara çevrilir.

Paylaş: