Narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yer quruluşu planının xəritəsi hazırlanıb
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq yarımbəndlərinin icrası məqsədilə narkotik tərkibli bitkilərin yabanı halda inkişafının, yetişməsinin və vegetasiyasını əks etdirən yeni formada xəritə, tablo və fotoalbomlar hazırlanıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, tərtib olunmuş xəritə, tablo və fotoalbomlar məlumat üçün aidiyyəti dövlət qurumlarına göndərilib.
Azərbaycan və Nigeriya QHT-ləri...
Ölkə ərazisində yağıntılı hava şəraiti...
Aqrar Sahə İşçilərinin Həmkarlar...
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara...
Azərbaycan BMT-nin Sivilizasiyalar...