Türk xalqları arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunub
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev ilə görüşüb.
Akademiyadan verilən məlumata görə, görüşdə akademik Şahin Mustafayev rəhbəri olduğu qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ümumi məlumat verib.
Alibek Bakayev isə bu ilin sentyabrında Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında ortaq türk əlifbasi üzərində ümumi razılığı yüksək dəyərləndirib, 34 hərfdən ibarət bu əlifbanın türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına töhfə verəcəyini deyib
Nazir müavini, həmçinin əməkdaşlığa və akademiyanın təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.
Görüşdə 2025-ci il üçün planlar və prioritet sahələr, o cümlədən türk xalqları arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.
UNEC ilə Yunanıstanın Patras...
Türk xalqları arasında elmi əməkdaşlığın...
ADU-nun nümayəndə heyəti Pekində Çin...
Agentlik: Təhsil müəssisələrinin istilik...
26 Noyabr - Ümumdünya İnformasiya...