Elon Mask: Döyüş təyyarələrini pilotsuz uçuş aparatları ilə əvəz etmək lazımdır
“SpaceX”-in sahibi, amerikalı milyarder Elon Mask müasir döyüş təyyarələrini mürəkkəb sistemləri və çox baha başa gəldiyinə görə tənqid edərək onların pilotsuz uçuş aparatları (PUA) ilə əvəz edilməsinin lazım olduğunu deyib.
Mask “Bloomberg”in “Pentaqonun məxfiliyi ləğv edilmiş F-35 hesabatında ABŞ-nın ən bahalı silahının etibarlılığı və təhlükəsizlik problemlərini təfərrüatları ilə izah edir” başlıqlı xəbərə istinadən X hesabında açıqlama verib.
Yazıda Musk ABŞ-nın müdafiə şirkəti “Lockheed Martin” tərəfindən istehsal edilən F-35-in dizaynının ehtiyacların və hədəflərin səhv müəyyən edilməsi nəticəsində yanlış əsasa söykəndiyini ifadə edib ve qeyd edib ki, insanlı döyüş təyyarələri dron çağında artıq köhnəlib. Onlar yalnız pilotların ölümünə səbəb olacaq.
ABŞ Əməliyyat Sınaq və Qiymətləndirmə Müdirliyinin dərc etdiyi illik hesabata görə, F-35 döyüş təyyarələri 2023-cü ildə etibarlılıq, texniki xidmət və əlçatanlıq baxımından bəzi çətinliklərlə üzləşib və hədəflənmiş 65 faizlik missiyaya hazırlıq səviyyəsinin altına düşərək yalnız yüzdə 51 performans göstərib.
Şri Lankada sel fəlakəti...
NASA-dan 3 milyon dollarlıq mükafat...
Elon Mask: Döyüş təyyarələrini pilotsuz...
Alimlər: Marsda milyardlarla il əvvəl...
Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ...