NASA-dan 3 milyon dollarlıq mükafat
Alimlərin hesablamalarına görə, Aya yarım kilo materialın götürülməsi və geri qaytarılması təxminən 100.000 dollardır. Bu yüksək qiymətə görə astronavtlar öz materiallarından daha səmərəli istifadə etməlidirlər. Bu problemi həll etmək üçün NASA "LunaRecycle Challenge" adlı müsabiqə keçirir və 3 milyon dollarlıq mükafat fondu təklif edir. Müsabiqənin məqsədi Ayda istifadə olunan materialları və tullantıları təkrar emal edərək istifadəyə yararlı məhsullara çevirməkdir.
NASA xüsusi olaraq "qaz halında olmayan, bioloji olmayan və metabolik olmayan" bərk tullantıların (qablaşdırma, parçalar, struktur materialları) təkrar emalına diqqət yetirir.
Müraciətlər LunaRecycle Challenge saytında ediləcək. NASA bu müsabiqənin təkcə Ayda deyil, həm də Yerdəki resurslardan daha səmərəli istifadəyə töhfə verəcəyini gözləyir.
Uğurlu layihələrin Marsa uzun müddətli və daha sərfəli səyahətlərdən də faydalana biləcəyi bildirilir.
NASA-nın “Azalt, təkrar istifadə et, təkrar emal et” prinsipi indi təkcə Yer üçün deyil, həm də kosmik missiyalar üçün universal modelə çevrilir.
Şri Lankada sel fəlakəti...
NASA-dan 3 milyon dollarlıq mükafat...
Elon Mask: Döyüş təyyarələrini pilotsuz...
Alimlər: Marsda milyardlarla il əvvəl...
Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ...