26 noyabr 2024, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Azərbaycanda bostan məhsullarının istehsalı 11 faiz artıb

26-11-2024
IMG

Bu ilin yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 490 min ton bostan məhsulu istehsal olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, təsərrüfatlarda yetişdirilən bostan məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz çoxdur.

Azərbaycanda bostan məhsullarının becərilməsi dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına görə, növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilən bostan məhsullarına görə fermerlərə hər hektara 280 manat əkin subsidiyası veriləcək.

Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə bostan bitkiləri becərən fermerlər isə hər hektar əkin sahəsinə görə 220 manat subsidiya alacaqlar.

Paylaş: