Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının tədbirində iştirak edib
Noyabrın 26-da Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu işə başlayıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli X Qlobal Forumun açılışında iştirak edib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Alyansın yaranmasının 20 illiyinə həsr edilən forumun açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Souza, İspaniya Kralı VI Filip, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Baş katibin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər qonaqlar iştirak ediblər.
Forum çərçivəsində “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun yüksəksəviyyəli görüşü və "Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunacaq.
Azərbaycanın mədəniyyət naziri BMT...
Xarici jurnalistlər Qala qoruğunda...
Azərbaycanlı rəssamın əsəri...
Kəlbəcər Şəhəri Günü ilə əlaqədar...
COP29 çərçivəsində xarici media...