Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) noyabrın 25-27-i Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək 10-cu Qlobal Forumunda iştirak edəcək.
Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə UNAOC-un Dostlar Qrupunun 160 üzvünün, siyasi liderlərin, beynəlxalq və regional təşkilatların nümayəndələrinin, dini liderlərin və din xadimlərinin iştirakı nəzərdə tutulur.
Forumda “Sülh birliyi: İnamın bərpası, gələcəyin yenidən qurulması: bəşəriyyət naminə iyirmi illik dialoq ətrafında müzakirələr” mövzusunda dünyada etimad və həmrəyliyin bərpa edilməsinə, sülhə və təhlükəsizliyə dair qlobal problemlərin müzakirəsi planlaşdırılır.
Bu il AKİA tərəfindən 63,4 milyon manat...
Azərbaycan və Nigeriya QHT-ləri...
Ölkə ərazisində yağıntılı hava şəraiti...
Aqrar Sahə İşçilərinin Həmkarlar...
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara...