26 noyabr 2024, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

İsveçrədə keçirilən konfransda Azərbaycan nümunəsində iqtisadiyyatın şaxələnməsinə dair məruzə dinlənilib

26-11-2024
IMG

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov İsveçrənin Cenevrə şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının (RACEF) dəvətilə “Dünyada gələcək iqtisadi artım, dayanıqlıq və mənfəətlilik” mövzusunda keçirilən 9-cu beynəlxalq konfransda “Ölkənin iqtisadi şaxələnməsinin dayanıqlı səviyyəsinin qeyri-səlis qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə Azərbaycan nümunəsi əsasında təqdim olunub.

Bu barədə İdarəetmə Sistemləri İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransda dünyanın müxtəlif ölkələrinin alimləri tərəfindən iqlim dəyişikliyi, müharibələr və koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və qarşısının alınması üsulları müzakirə edilib, təkliflər irəli sürülüb.

Paylaş: