Trampdan 3 ölkəyə əlavə gömrük rüsumları
ABŞ prezidenti Donald Trump Kanada, Meksika və Çində idxal haqqında əlavə gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Truth sosial hesabında mövzu ilə bağlı paylaşımında Tramp "Bu gün Meksika və Kanadadan idxala 25 faiz (Kanada enerji sektoruna 10 faiz) və Çinə əlavə 10 faiz tarif tətbiq etdim"-deyə bildirib.
Prezident Tramp bəyan edib ki, bu qərar Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı vasitəsilə həyata keçirilib, çünki qeyri-qanuni mühacirlərin və Amerika vətəndaşlarının ölümünə səbəb olan dərmanlar, o cümlədən fentanil böyük təhlükə yaradır.
Tramp deyib: "Biz amerikalıları qorumalıyıq və Prezident olaraq bütün vətəndaşların təhlükəsizliyini təmin etmək mənim borcumdur. Kampaniyamda mən sərhədlərimizdən qeyri-qanuni immiqrantların və narkotiklərin axını dayandıracağıma söz vermişdim və amerikalıların böyük əksəriyyəti buna səs verdilər.”-deyə qiymətləndirməsini edib. ABŞ rəhbərliyinin Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumunun tətbiq edildiyi açıqlamasından sonra Kanadanın baş naziri Castin Trüdo məsələyə belə münasibət bildirib : “Biz bunu istəmirik, amma buna hazırıq.”
Tariflərlə bağlı sərəncam 4 Fevralda-ABŞ-nın yerli vaxtı ilə gecə yarısından sonra qüvvəyə minəcək.
Böyük Britaniyanın yeni robot itləri...
Türkiyədə sərnişin avtobusu aşıb,...
İstanbulda dəniz suyu çəkilib...
Çinin Harbin şəhərində IX Qış Asiya...
İkinci Dünya Müharibəsində Braziliya...