Dəmir yoluna düşən qayalar yük qatarını relsdən çıxarıb
Hadisə Türkiyənin Karabük bölgəsində yaşanıb. Yenice rayonunda dəmir yoluna düşən qayalar kömür daşıyan yük qatarını relsdən çıxarıb.
Zonguldaqdan Karabük istiqamətinə kömür daşıyan yük qatarı torpaq sürüşməsi nəticəsində dəmir yoluna düşən qayalara çırpılaraq relsdən çıxıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb və qəzadan sonra Zonguldak-Karabük reysləri müvəqqəti olaraq təxirə salınıb.
Bölgəyə sövq edilən qruplar daşların dəmir yolundan çıxarılması üçün işlərə başlayıb.
Lerik rayonu ərazisində dərəyə yıxılaraq...
Güzdək qəsəbəsində sexdə yanğın...
Güzdək qəsəbəsində sexdə yanğın baş...
Nəsimi rayonunda baş verən yanğın...
Nəsimi rayonunda baş vermiş yanğın...