“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
Bakı Media Mərkəzinin “Ölüm axtaran qadın” tammetrajlı sənədli film layihəsi Polşa Kino İnstitutunun beynəlxalq müştərək istehsal müsabiqəsinin qalibi olub.
Fhnews.az xəbər verir ki, müsabiqənin nəticəsinə görə, Polşa Kino İnstitutu layihəyə maliyyə dəstəyi göstərəcək. Filmin montajı, səs tərtibatı, rəng korreksiyası və distribusiyası Polşada polyak mütəxəssislər tərəfindən aparılacaq.
Azərbaycanın film layihəsi ilk dəfədir Polşa Kino İnstitutunun maliyyə dəstəyini əldə edir. Bu dəstək üçün yüzlərlə layihə müraciət edib. Qalib gələn 2 layihədən biri də “Ölüm axtaran qadın“dır.
Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, rejissoru Fariz Əhmədov, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, operatorları Mateuş Çuxnovski (Polşa), Daniel Quliyev, redaktorları Rasim İsmayılov və Esmira Əyyub, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyev, ko-prodüseri Vita Zelakeviciute (Polşa) və prodüseri Orman Əliyevdir.
Film qadın minaaxtaranların işğaldan azad olunmuş ərazilərdəki fədakar fəaliyyətindən bəhs edir. Qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilir.
“Ölüm axtaran qadın” film layihəsi Azərbaycan Respublikası Kino Agentliyinin 2023-cü ildə keçirdiyi müsabiqənin də qaliblərindən biridir. Filmin çəkilişləri yekunlaşmaq üzrədir. Film Bakı Media Mərkəzi ilə Polşanın “Drygas Film Production” şirkətinin birgə istehsalıdır.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...