Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndə heyəti arasında işçi görüşü keçirilib
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində iki ölkənin mühəndis təminatı üzrə hərbi ekspertlərinin humanitar mina təmizləmə mövzusunda işçi görüşü keçirilib.
Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov qonaqlara Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, işğaldan azad edilmiş çətin relyefə malik ərazilərdə xidmətin yüksək səviyyədə təşkili üçün mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.
Görüşdə, həmçinin minalar, əldəqayırma partlayıcı qurğular və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün hər iki ölkənin silahlanmasında olan texnika, eləcə də mühəndis bölmələrinin təchizatı və digər zəruri mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...