Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir
Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr üzrə (BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt) hazırlanan hesabatda Azərbaycan səyahət istiqaməti kimi üstünlük verilən 10 ölkə arasında 38 faizlə birinci pillədə yer alıb.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, “Connecting Travel Insight Report” adlanan hesabat tanınmış “Jacobs Media” şirkəti tərəfindən hazırlanaraq mayın 7-də “ATM Dubai 2024” çərçivəsində təqdim olunub. Hesabatda göstəricilər cari ilin məlumatlarını əhatə etməklə uçuş tutumunun həcmlərinə uyğun olaraq orta artıma müvafiq hesablanıb. Azərbaycanla yanaşı onluqda Misir, Tailand, Böyük Britaniya, İtaliya, Fransa, Gürcüstan, İsveçrə, Türkiyə və Maldiv Respublikası kimi ölkələr sıralanıb.
Tədbirdə çıxış edən Ümumdünya Səyahət və Turizm Təşkilatının (WTTC) Baş icraçı Direktoru Culiya Simpson Azərbaycanın, həmçinin “Hotel Dayanıqlılığının Əsasları” proqramına qoşulmasını qeyd edərək bu təşəbbüsü yüksək qiymətləndirdiyini vurğulayıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Yaxın Şərq regionundan ölkəmizə səfər edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz artım müşahidə olunub.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...