Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası
Türkiyənin turizm bölgələri içərisində tarixiliyi, dənizi, qumu, bol günəşi ilə seçilən mənzərəli və səfalı Quşadası turistlərin bu əraziyə axınını artırır. Egey dənizinin sahilində yerləşən bu məkan tarixi memarlıq abidələri ilə çox zəngindir. Bura hər il minlərlə müxtəlif növ quşların uçub gəlməsi və yuva qurması səbəbindən Quşadası adlandırılıb.
Fhnews.az xəbər verir ki, Aydın bölgəsinə bağlı olan Quşadası Müstəqillik müharibəsi zamanı İtaliya və Yunanıstanın işğalından sonra 1919-1921-ci illər arasında Osmanlı İmperiyasının tabeliyinə keçib. Quşadası rayonu Kurşunlu Manastırı, o zamanlar gözətçi qülləsi kimi xidmət edən Andız Qülləsi, bölgənin ən qədim məscidi olan Kaleiçi məscidi və Oleatrium Zeytun və Zeytun Yağı Tarixi Muzeyi kimi abidələri ilə diqqət çəkir.
Quşadasının füsunkar məkanlarından Zevs mağarası, Göyərçin adası, Kürşünlü monastırı, Kaleiçi məscidi, Efes antik şəhəri, Artemida məbədi, Şirincə kəndi adlarını çəkmək mümkündür.
Zevsin mağarası
Yerli və xarici turistlər arasında o qədər də tanınmayan Zevs mağarası əvvəlki gözəlliyini hələ də qoruyub saxlayıb. Quşadasının simvollarından biri olan Göyərçin adasının şəhər divarları 3 metr hündürlüyündə daşlarla inşa edilib. Ada-qala möhtəşəm və divar quruluşuna görə UNESCO-nun Ümumdünya İrs siyahısının ilk sıralarınada yer alır.
Kürşünlü Monastırı Quşadası Davutlar bölgəsinin cənub hissəsində və Dilek yarımadasının şimal hissəsində yerləşir və 690 metr yüksəklikdə qayalıqlar və meşələrlə əhatə olunub. Monastır Bizans dövrünə aiddir.
Quşadasının incilərindən olan Kaleiçi məscidi tarixi abidədir. Deyilənlərə görə, XVII əsrdə inşa edilən bu məscidi Öküz Mehmet Paşa inşa edib. 1.800 kvadratmetr ərazini əhatə edən və Osmanlı dövrünün ən gözəl sənət əsərlərindən olan bu məscid möhtəşəmliyi ilə göz oxşayır. Bu məsciddə 550 nəfər eyni vaxtda namaz qıla bilər.
Efes antik şəhəri
Antik yunan şəhəri olan Efesin ən önəmli çağları Roma İmperiyası dönəminə təsadüf edir. Şəhərin hazırki qalıqları İzmirin Səlçuq bölgəsindədir. Onun qalıqları 1869-cu ildə İzmirlə Aydın arasında dəmiryolu xətti çəkilərkən təsadüf nəticəsində tapılıb. Antik şəhərdən lap yuxarıda isə Məryəm Ana Evi yerləşir. 7-8-ci əsrlərə aid olan kilsə 1961-ci ildə 23-cü Papa İoann tərəfindən ziyarət edilib.
Artemida məbədi
Dünyanın yeddi möcüzəsindən biri olan Artemida məbədi eramızdan əvvəl 550-ci ildə inşa olunub. Artemida məbədinin tikintisinin təxminən 120 il çəkdiyi təxmin edilir. Qədim Efes şəhərindəki Artemida məbədindəki bütün oymalar mərmərdəndir. Artemida məbədi müxtəlif növ mərmərdən tikilsə də, bu günə qədər yalnız iki növ mərmər qorunub saxlanıb.
Türkiyə ərazisində olan ən qədim yaşayış məskənlərindən biri olan Şirincə kəndi Quşadası şəhər mərkəzindən 30 dəqiqəlik məsafədədir. Quşadası həmçinin Çeşməsi ilə məşhurdur. Çeşmə Egey dənizinin sahilində, İzmirdən 80 km. aralıda, Türkiyənin qərb hissəsində yerləşir. Şəhərdə mövcud olan mehmanxanaların əksəriyyəti də bu şəfalı sularla təchiz olunur. Bundan əlavə, Çeşmənin suyu Egey dənizi sahillərində ən təmiz və şəffaf su hesab olunur.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...