22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Zambiyada quraqlıqla bağlı milli fəlakət rejimi elan olunub

01-03-2024

Güclü quraqlıqla bağlı Zambiyada milli fəlakət rejimi elan olunub.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkə Prezidenti Hakainde Hiçilema bildirib.

“Ölkəmizdə müşahidə edilən şiddətli quraqlıq səbəbindən milli fəlakət və fövqəladə vəziyyət elan edirik”, – deyə dövlət başçısı “X” səhifəsində yazıb. Qeyd edib ki, ölkəsinin əsas prioriteti ərzaq və enerji təhlükəsizliyidir. Hökumət qarğıdalı və digər ərzaq məhsullarının idxalını artırmağa çalışacaq.

Dövlət başçısı bildirib ki, ölkənin 116 rayonundan 84-ü quraqlıqdan əziyyət çəkir.

Prezident yardım üçün beynəlxalq ictimaiyyətə də müraciət edib. BMT də daxil olmaqla, bəzi ölkələr artıq öz dəstəklərini təklif ediblər.

Yağışların olmaması Zambiyanın ən böyük su elektrik stansiyası olan Karibada enerji çatışmazlığı təhlükəsi yaradıb.

Paylaş: