Yaponiyada təhlükəli streptokok infeksiyaları rekord səviyyəyə çatır
Yaponiyada təhlükəli streptokok infeksiyaları rekord səviyyəyə çatır. Səhiyyə xidmətləri 30 faiz ölümlə nəticələnən bakterial xəstəliyin artmasının səbəbini müəyyən etməyə çalışırlar.
Fhnews.az “The Guardian” qəzetinə istinadla xəbər verir ki, 2024-cü ildə yoluxma hallarının sayının ötən ilki rekord göstəricidən daha yüksək olacağı gözlənilir. Bununla yanaşı, streptokok xəstəliyinin ən ağır və potensial ölümcül forması olan A qrupunun yaratdığı streptokok toksikoloji şok sindromunun yayılmaqda davam etməsi Yaponiyada çox böyük narahatlıq doğurub. Milli Yoluxucu Xəstəliklər İnstitutu ötən il 941 belə hadisəsini qeydə alındığını bildirib.
2024-cü ilin ilk iki ayı ərzində Yaponiyanın 47 prefekturasından 45-də infeksiyaya 378 yoluxma halı müəyyən edilib. Risk qrupuna yaşlı insanlar daxil edilsə də, A qrupu ştammı 50 yaşdan aşağı xəstələr arasında daha çox ölümə səbəb olur.
Yerli mətbuatın məlumatına görə, 2023-cü ilin iyul və dekabr ayları arasında diaqnozu qoyulan 50 yaşdan aşağı 65 nəfərin 21-i həyatını itirib. Soyuqdəyməyə bənzər simptomlarla özünü biruzə verən bakteriya bəzən pnevmoniya və meningit kimi ağırlaşmalara, ağır hallarda isə orqan çatışmazlığı və nekroza səbəb ola bilir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...