22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada elektromobil akkumulyatorunun ömrünü uzadan texnologiyalar hazırlanıb
 

27-02-2024

Yaponiyanın “Osaka Gas” korporasiyasının KRI tədqiqat mərkəzi elektrik avtomobilləri üçün litium-ion batareyalarının istismar müddətini beş dəfədən çox uzada bilən texnologiyalar hazırlayıb.

Fhnews.az “Sankei” nəşrinə istinadla xəbər verir ki, yeni tip akkumulyatorların gələn il sınaqdan keçirilməsi, 2027-ci ildə isə müştərilərə təhvil verilməsi planlaşdırılır.

Məlumata görə, KRI texnologiyaları 30 kVt-lıq litium-ion batareyası ilə işləyən elektromobilə indiki 160 min kilometr əvəzinə, 800 min kilometrdən çox məsafə qət etməyə imkan verəcək.

Bu cür yeni texnologiyalar iqtisadi səmərə ilə yanaşı, tükənən batareyaların təkrar emalı problemini qismən aradan qaldıracaq. Ekspertlər elektriklə işləyən nəqliyyat vasitələrinin artması ilə bu məsələnin getdikcə daha vacib olacağını düşünürlər.

Paylaş: