Yaponiya öz sərnişin təyyarəsini hazırlamaq niyyətindədir
Yaponiya hökuməti “Mitsubishi” layihəsinin uğursuzluğundan sonra növbəti cəhdlə yeni nəsil sərnişin təyyarələrinin hazırlanmasına özəl şirkətləri cəlb etməyi planlaşdırır.
Fhnews.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti 2035-ci ilə qədər ümumi özəl və dövlət investisiyalarının 5 trilyon yenaya (təxminən 33 milyard dollar) çata biləcəyini yazıb.
Nəşrin məlumatına görə, Yaponiya hakimiyyəti uğursuz “Mitsubishi” layihəsindən dərs götürməyə və yeni proqramda bunları nəzərə almağa çalışır. Xüsusilə inkişafa bir deyil, bir neçə şirkət, o cümlədən sənaye korporasiyaları və hissələri istehsalçıları cəlb olunacaq.
Layihə çərçivəsində sərnişin təyyarələrinin adi reaktiv mühərriklərlə deyil, hidrogenlə işləyən mühərriklərlə təchiz edilməsi imkanlarının öyrənilməsi planlaşdırılır. Buna görə də, hidrogen mühərrikləri ilə işləmək təcrübəsi olan avtomobil şirkətləri əməkdaşlığa cəlb edilə bilər.
Yeni təyyarələrin inkişafı proqramının təfərrüatlarının İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi tərəfindən tezliklə dərc oluna biləcək sənəddə əks olunması planlaşdırılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...