22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Vyetnam prezidenti Vo Van Tuonq  istefa etdi

20-03-2024

“Vietnam News” saytının məlumatına görə, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi məsələ ilə bağlı bəyanat verib.Bəyanatda Thuonqun partiyanın müddəalarını pozduğu və bu vəziyyətin mənfi ictimai rəyə səbəb olduğu, partiyanın, ölkənin və Thuonqunun reputasiyasına təsir etdiyi bildirilib.

Açıqlamaya görə, partiyanın və dövlətin əsas liderlərindən biri olduğu bildirilən Thuonq tutduğu vəzifədən könüllü istefa verib və Mərkəzi Komitə istefanı qəbul edib.

Bəyanatda paylaşılıb ki, Thuonq prezident olmaqla yanaşı, Vyetnamda ən yüksək qərar qəbuledici orqan kimi tanınan 16 üzvdən ibarət Siyasi Büro üzvü, partiyanın mərkəzi komitəsinin üzvü və partiyanın sədri kimi vəzifələrini yerinə yetirib.Artıq onun bu səlahiyyətlərinə və  2021-2026-cı illər üçün Milli Müdafiə və Təhlükəsizlik Şurasındakı  fəaliyyətinə də son verilib. 

Qeyd edək ki, 2023-cü ilin martında Vyetnam Milli Assambleyasında keçirilən səsvermədə Nquyen Xuan Phuc 2023-cü ilin yanvarında prezident vəzifəsindən istefa etdikdən sonra Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin namizədi Vo Van Thuonq ölkənin yeni prezidenti seçilmişdi.

Ölkənin cənubundakı Vinh Long bölgəsində anadan olan 54 yaşlı Thuonq fəlsəfə üzrə magistrdir.

Paylaş: