VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü sessiyalarla davam edir
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü sessiyalarla davam edir.
Fhnews.az xəbər verir ki, mayın 2-də “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilir.
“Turizm Araşdırmaları Salnaməsi”nin təsisçi-redaktoru Cəfər Cəfərinin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edir.
Panel sessiyada Sarayevo Şəhər Şurasının sədri Yasmin Ademoviç, “Songa Africa”nın təsisçisi Roset Şantal Ruqamba, “Get up and go Colombia”nın həmtəsisçisi və direktoru Migel Karvaxal, turizm sektorunda gənclər və istedadların inkişafı üzrə ekspert Lusi Qarner, Dünya Turizm Etikası Komitəsinin sədrinin icraçısı Daniela Otero məruzələrlə çıxış edəcəklər.
Bu gün “Muğam” Televiziya Müsabiqəsi...
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab...
Respublika Gənclər Kitabxanasında Ulu...
Milli Kitabxana faşizm üzərində qələbəyə...
Musiqi və incəsənət məktəbləri...