22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Madurodan

20-02-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Venesuela Bolivar Respublikası hökuməti və xalqı adından Sizə müraciət etməkdən şərəf duyur və bu fürsətdən istifadə edərək 2024-cü il fevralın 7-də keçirilmiş demokratik prezident seçkilərindəki parlaq qələbəniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırıram.

Həmçinin seçki prosesində Azərbaycan qurumlarının fəaliyyəti zamanı əldə etdikləri uğurları yüksək qiymətləndiririk. Şübhəsiz ki, bu, hərtərəfli inkişafla yanaşı, sülh, rifah və təhlükəsizliyin qorunub saxlanılmasını təmin etməklə, xalqın milli suverenliyə sadiqliyini təsdiqləyən bariz bir qələbədir.

Azərbaycan xalqının demokratik vətəndaş mövqeyinin ifadəsi ilə Simon Bolivar və Uqo Çavesin vətənindən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və multisentrik, çoxtərəfli dünyanın davamlı şəkildə möhkəmləndirilməsı yönündəki istəklərimizi Sizə çatdırırıq.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha yüksək ehtiramımı və hörmətimi bildirirəm.

Nikolas Maduro

Venesuela Bolivar Respublikasının Prezidenti

Paylaş: