UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası davam edir
Parisdə, UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının 219-cu sessiyası davam edir.
Fhnews.az xəbər verir ki, UNESCO-nun 219-cu sessiyasında Azərbaycan qurumun yanındakı daimi nümayəndəliklə təmsil olunur.
İcraiyyə Şurasının 219-cu sessiyasında qurumun Bürosunun, eləcə də Baş Konfransın qəbul etdiyi proqramın icrası ilə bağlı hesabatlar dinlənilib.
Həmçinin İcraiyyə Şurasının və Baş Konfransın əvvəlki sessiyalarında qəbul edilmiş qərar və qətnamələrin tətbiqi, proqram məsələləri, dünyada irqi ayrı-seçkiliyin, irqi nifrətin və irqi nifrət cinayətlərinin aradan qaldırılması kimi məsələlər müzakirə olunacaq. “Hamı üçün velosiped”: davamlı və sağlam həyat tərzi “, e-media və informasiya savadlılığının (MIL) qlobal maliyyələşdirilməsinin artırılması istiqamətində UNESCO tərəfindən görülən tədbirlər də sessiyanın gündəliyində yer alır. Sessiya çərçivəsində üzv ölkələrin təqdimatı da keçiriləcək.
UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası işini martın 27-dək davam etdirəcək.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...