Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Zəngin coğrafiyaya malik olan Anadolu diyarı da dünyanın ən qədim sivilizasiyasına malikdir. UNESCO-nun Ümumdünya İrs Siyahısından tutmuş arxeoloji muzeylərə qədər zəngin olan Türkiyədə hər il mayın 18-dən 24-dək muzey həftəsi qeyd olunur.
Fhnews.az xəbər verir ki, mədəni irsin qorunması və muzeyşünaslığın bütün dünyada təbliği məqsədilə təşkil edilən muzey həftəsində Türkiyənin qonağı olanlar ölkədəki tarixi abidələrlə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının bu ilin sonuna kimi 750-yə, 2026-cı ilə qədər isə 800-ə çatacağı gözlənilir.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...