Türkiyə ilə İraq arasında İnkişaf Yolu Müqaviləsi imzalandı
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib. Səfər çərçivəsində Ərdoğan Bağdadda İraq prezidenti Əbdüllətif Rəşid və baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşüb.Görüşlərdən sonra İraqın Baş naziri Sudani ilə İnkişaf Yolu Müqaviləsi imzalanıb.
Ərdoğanın İraqa səfərinin kritik gündəmlərindən biri də Fars körfəzinin hinterlandını Türkiyə üzərindən Avropaya açacaq İnkişaf Yolu Layihəsidir.Layihə ilə yüksək sürətli yük və sərnişin daşımalarına uyğun təxminən 1176 kilometr dəmir yolu və 1190 kilometr avtomobil yolu tikiləcək.
İnkişaf Yolu Layihəsinin Cənub-Şərqi Asiya ölkələrinə, xüsusilə Yaxın Şərq və Körfəz Bölgələrinə ixracı artıracağı gözlənilir.Əvvəlcə “Quru Kanal” adlandırılan layihənin adı İraq baş nazirinin 2023-cü ilin martında Ankaraya səfəri zamanı “İnkişaf Yolu” olaraq dəyişdirilib. Sözügedən layihə İraqda qeyri-neft davamlı iqtisadiyyatın əsası kimi təsvir edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...