Türkiyə 1 həftə səhra tozunun təsiri altında olacaq
İstanbul Texniki Universitetinin professoru Hüseyn Toros Türkiyənin bir həftə Afrikadan gələn səhra tozunun təsiri altında qalacağını bildirib. Alim əlavə edib ki, səhra tozunun küləklər səbəbindən atmosfer sistemləri tərəfindən minlərlə kilometr uzağa daşınıb.
Səhra bölgələrində çoxlu toz olduğunu bildirən Toros bu tozun müxtəlif qitələrə daşınmasının normal bir təbiət hadisəsi olduğunu açıqlayıb.
Ən böyük isti səhra olan Sahara səhrasının dünya atmosferində əhəmiyyətli bir mineral toz mənbəyi olduğunu qeyd edən Toros deyib ki, dəmir və fosfor kimi minerallarla zəngin olan səhra tozu, dənizdəki fitoplanktonlar üçün qida mənbəyidir. Onun daşıdığı minerallar eyni zamanda quruda bitkilərin inkişafına və torpağın münbitliyinin artırılmasına töhfə verir.
Araşdırmalara görə, səhra tozunun faydalarına baxmayaraq, yer səviyyəsində cəmləşdiyi zaman bəzi sağlamlıq problemi olan insanlarda tənəffüs problemlərinə səbəb ola bilər.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...