Topkapı Sarayı Müqəddəs Əmanətlər İdarəsi yeni sərgi planı ilə ziyarətçilərini gözləyir
Ramazan ayının yaxınlaşması ilə əlaqədar Topkapı Sarayında Müqəddəs Əmanətlər İdarəsində sərgilənən əsərlərdə ətraflı təmizlik və baxım işləri aparılıb. Mətbuata açıqlama verən Milli Saraylar İdarəsinin rəhbəri Yasin Yıldız Topkapı Sarayının Müqəddəs Əmanətlər İdarəsinin yerli və xarici ziyarətçilər üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Əsərlərin təxminən 500 ildir qorunduğunu vurğulayan Yıldız həm bu əsərlərin yerləşdiyi ərazinin, həm də məzmununun çox önəmli olduğunu deyərək sərginin yeni tərtibatının ziyarətçilərin ciddi marağına səbəb olacağını bildirib.
Bir neçə ildir bağlanan Müqəddəs Əmanətlər İdarəsinin ötən il prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yenidən ziyarətçilərin üzünə açıldığını bildirən Yasin Yıldız fikirlərini belə ifadə edib :
"Son bir ildə burada kolleksiyanın yeni nümayişi ziyarətçilərin ciddi marağına səbəb olub. Söhbət müqəddəs əmanətlərdən gedirsə, əlbəttə ki, ən önəmlisi Peyğəmbərimizə həsr olunmuş Səadə Hırkası, Peyğəmbərimizin sancağı Hz.Osmana ithaf edilən Qurandır. Daha sonra Peyğəmbərimizin şəxsi silahları, saqqalı, mübarək dişi kimi bir çox yadigar burada qorunur.
Bildiyiniz kimi, bu kolleksiya Yavuz Sultan Səlimin Misir və Hicazı fəth etməsindən sonra buraya gəlib. Ancaq burada çox mühüm tarixi qəhrəmanın da adını çəkmək lazımdır. Mədinənin süqutundan əvvəl Hicaz Dəmiryolunun daha aktiv olduğu günlərdə Mədinənin Müdafiəçisi Fəxrəddin Paşa xüsusilə Osmanlı Sarayından müqəddəs torpaqlar üçün hazırlanmış suvenir əsərlərini son qatarların bir qismi ilə İstanbula gətirib.Burada hər cür iqlim şəraitinə və hər cür təbii fəlakətə qarşı qurulan sərginin təşkili ciddi bir muzey uğurudur"- deyən Yıldız qeyd edib ki, sərgilənən əsərlərin sayı ötən ildən 60-dan 300-ə çatdırılıb. Peyğəmbərlərin, xəlifələrin və səhabələrin əşyalarının yerləşdiyi “Müqəddəs Əmanətlər İdarəsi”ndə Məhəmməd Peyğəmbərin Hırka (Hırka-i Səadət), saqqalı , onun ayaq izləri, Uhud döyüşündə qırılan dişi, məktubları və qılıncı, İbrahim peyğəmbərin qazanı, Musa peyğəmbərin əsası,Həzrəti Davudun qılıncı, Həzrət Yusifin paltarı, xəlifə və səhabələrin qılıncları, Həzrət Fatimənin köynəyi, Kəbənin açarları, Hacerü'l Esved bağı kimi "Səadət əsrini" əks etdirən müqəddəs əmanətlər sərgilənir
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...