Tokioda mart ayı üçün rekord isti qeydə alınıb
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Tokionun mərkəzində 28,1 dərəcə isti müşahidə olunub ki, bu da 1876-cı ildən bəri mart ayı üçün ən yüksək temperatur göstəricidir.
Fhnews.az “The Japan Times” saytına istinadla xəbər verir ki, rekord istilər Tokionun cənubundakı Yokohama prefekturasında, ölkənin qərbindəki Yamanaşi prefekturasının Otsuki şəhərində, həmçinin cənub-qərbində yerləşən Miyazaki şəhərində müşahidə edilib. Bu temperatur hökumət orqanları tərəfindən “yay günü” kimi qeydə alınıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...