"Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu" keçirilir
Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda "Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu" keçirilir.
Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mexanik-sürücü və tuşlayıcı-operator ixtisasları üzrə gənc əsgərlərin cəlb edildiyi kursda şəxsi heyət tank və müxtəlif təyinatlı döyüş maşınlarının təbii və süni maneələri dəf edərək idarə olunması üzrə tapşırıqları icra ediblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən kursda bütün növ şərait yaradılıb.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim...
Azərbaycan Ordusunda andiçmə mərasimləri...
MN: Azərbaycan Ordusunun mövqeləri atəşə...
“Anadolu Ankası – 2025” təlimində...
Macarıstan Müdafiə Qüvvələrinin Baş...