Sidney Opera Evi 1 saat qaranlığa qərq oldu
Avstraliyada iqlim böhranı və enerji qənaətinə diqqət çəkən Sidney Opera Evi illik 'Yer Saatı' tədbiri çərçivəsində 1 saat qaranlığa qərq olub.İnsanların və planetin sağlam gələcəyi üçün hərəkətə keçməyin məsuliyyəti vurğulanaraq, Yer Saatında iştirakın və müsbət addımların təşviq edilməsinin vacib olduğu bildirilib.
Anoloji dəstək Bukingem Sarayından da gəlib. Saraydan verilən açıqlamada hər il dünya səviyyəsində təşkil edilən "Yer Saatı" hərəkatına dəstək olaraq yerli vaxtla saat 20.30-da Bukingem və Vindzor kral saraylarının işıqlarının bir saat müddətinə söndürüləcəyi bildirilib. Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) çağırışı ilə hər il mart ayının son həftəsinin şənbə günü ətraf mühitə diqqəti artırmaq üçün işıqların söndürülməsi qlobal hərəkat kimi tanınır.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...