Rusiyanın MS-25 kosmik gəmisi kosmosa buraxılıb
İçərisində rus, belarus və amerikalı kosmonavtlar olan Rusiyanın "Soyuz MS-25" kosmik gəmisi ikinci cəhddə Qazaxıstanın Baykonur kosmodromundan kosmosa göndərilib.
Uçuş anı Rusiya Federal Kosmos Agentliyi “Roskosmos”un rəsmi saytlarında canlı yayımlanıb.
Beləliklə, saat 15.36 “Roskosmos” kosmonavtı Oleq Noviskiy, NASA astronavtı Treysi Dayson və belaruslu kosmonavt Marina Vasilevskaya Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
Komandanı daşıyan "Soyuz MS-25" kosmik gəmisinin 50 saat 34 dəqiqə davam edən kosmos səyahətindən sonra martın 25-i GMT saat 18.10-da Rusiyanın Priçal tədqiqat modulu ilə Beynəlxalq Kosmik Stansiyaya birləşməsi gözlənilir. Bu, rusiyalı kosmonavt Noviskiyin kosmosa dördüncü, amerikalı kosmonavt Daysonun üçüncü, belaruslu Vasilevskayanın isə ilk uçuşudur.
Beləliklə,Belarusun “Belavia” aviaşirkətində kabin bələdçisi işləyən Vasilevskaya Belarusdan kosmosa çıxan ilk qadın kosmonavt olub.
Komandadakı Noviskiy və Vasilevskayanın Yerə 12 gün sonra aprelin 2-də, amerikalı astronavt Daysonun isə sentyabrın 23-də Yerə qayıtması planlaşdırılır.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...